|
Diaspora
Hal-hazırda dünyada 50 milyondan artıq azırbaycanlı yaşayır. Onların 35 milyonu Azərbaycan Respublikasında və İranda, 3 milyonu Türkiyədə, 1 milyondan çoxu Rusiyada, 0,5 milyonu Almaniyada, 1,5 milyonu İraqda, 600 mini ABŞ-da, 32 mini Böyük Britaniyada, 200 mini Səudiyyə Ərəbistanında, 600 mini İndoneziyada , 700 mini Gürcüstanda, 400 mini Qazaxstanda, 250 mini Özbəkistanda, 170 mini Fransada, 15 mini Yaponiyada məskunlaşmışdır. Dünya azırbaycanlılarının təşkilatlanma prosesi məhz Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə 1990-cı idən başlamışdır. Hələ Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri işləyərkən Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Ali Məclis dekabrın 31-ni Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi günü elan etmişdir. Azərbaycanlıların 1990 və 1997-ci illlərdə İstanbulda, 1997-ci ildə Los-Ancelesdə və 1998-ci ildə Vaşinqtonda konqersləri keçirilmişdir. Dünyanın 30-dan çox ölkəsində azərbaycanlıların birləşdiyi 100-dən çox ictimai, milli-mədəni, cəmiyyət, təşkilat, mərkəz, dərnək, ocaq, əncüman mövcuddur. Azərbaycanlıların Rusiyaya 40-dan artıq, Avropa ölkələrində isə o illərdə 50-yə yaxın təşkilatları mövcud idi. Dünyada yaşayan azərbacanlıların koordinasiya mərkəzi Azərbaycan Prezidenti İcra Aparatı İctimai-Siyasi şöbəsinin «Xaricdə Yaşayan Azərbaycanlıların İş» strukturu idi. Azərbaycanlıların xaricdəki cəmiyyətləri Azərbaycandakı «Vətən» cəmiyyəti, «Azərbaycan Dünyası» Beynəlxalq Mərkəzi, «Soydaş Assosiasiyası», «Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi» və başqa ictimai-siyasi təşkilatlarla əlaqə saxlayırdılar. Onlar Azərbaycan mədəniyyətinin xarici ölkələrdə tanınmasında mühüm rol oynayırdılar. Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkil etdikləri onlarla təşkilat o, cümlədən Madriddə «Azərbaycan Dostları», Londonda «Azərbaycan Dayaqçıları» cəmiyyətləri, Stokholmda «Azərbaycan Mədəniyyət Mərkəzi», Münhendə «Azərbaycan Mədəniyyət Əncümanı», Kölndə «Azərbaycan Mədəniyyət Mərkəzi», habelə İngiltərədə «Aydınlıq», «Odlar Ölkəsi», Belçikada «Azərbaycan», «Qüdrət», İsveçdə «Azərbaycan», Almaniyada «Ana dili», «Savalan», «Qaynarca», Türkiyədə «Xəzər», «Azərbaycan türkləri» İspaniyada «Dədə Qorqud», İranda «Yurd», ABŞ-da «Azərbaycan» qəzetləri, İsveçdə «Araz» jurnalı, «Azərbacanın səsi» kimi müxtəlif teleradio proqramları bu sahədə xüsusən fərqlənirdilər. Lakin xaricdə yaşayan azərbaycanlılar vətəndaşı olduqları ölkələrdə Azərbaycanın maraqlarını daha təsirli müdafiə etmək üçün birləşib diaspor, lobbi təşkil edə bilmirdilər. Prezident Heydər Əliyevin 2001-ci il mayın 23-də Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi haqqında mühüm sərəncamının həyata keçirilməsi üzrə ciddi təşkilatçılıq işlərinə başlanıldı. 2001-ci il noyabr ayının 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultayda 37 ölkədən nümayəndələr iştirak edirdilər. Xarici ölkələrdən 560-dan çox nümayəndə və qonaqlar var idi. Nümayəndələrin təşkil etdikləri «İnsan hüquqları və beynəlxalq əlaqələr», Ermənistanın Azərbaycana təcavüzünün aradan qaldırılması», «Mədəniyyət», «Elm və Təhsil», «Ana dili və Azərbaycanşünaslıq», İqtisadi əlaqələr», «Gənclər və idman məsələləri», «Kütləvi informasiya vasitələri və informasiya mübadiləsi» komissiyaları tərəfindən hazırlanmış sənədlər əsasında qurultayda qətnamə, Bütün Dünya Azərbaycanlılarına Müraciət, Ermənistan və Azərbaycan Dağlıq Qarabağ problemi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökümət rəhbərlərinə və parlamentlərinə, Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevə habelə, 2001-ci il sentyabrın 11-də ABŞ-da törədilmiş qanlı terror hadisəsi ilə bağlı Amerika xalqına müraciətlər qəbul edildi. Qurultayda «Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası» və onun idarə heytəi (sədri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov) seçildi. Dünya Azərbaycanlılarının I qurultayının böyük tarixi əhəmiyyəti oldu. O, dünyanın müxtəltf ölkələrində yaşayan azərbaycanlıların Vətənin mənafeyi naminə qüvvələri səfərbər etmək vazifələrini müəyyənləşdirdi, əlaqələrin möhkəmlənməsi və səmərəli olması üçün imkanlar yaratdı. Əlaqələndirmə Şurasının köməyi ilə 150 ölkədə nümayəndəlik yaradıldı. 2002-ci ildə «Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Kömitəsi» təşkil edildi.
|
|
|
|