azmaison.fr
 
 


AZƏRBAYCAN DÖVLƏTİ
İQTİSSADİYYAT
TARİX
MƏDƏNNİYYƏT
SOSİAL SAHƏ
MASS-MEDİA
DİASPORA
TURİZM
İDMAN
TƏBİƏT VƏ EKOLOGİYA
MƏTBƏX
LİNKLƏR




ELM

Azərbaycanda bütün dövlərdə xüsusilə də şairləri və alimlərə böyük ehtiram göstərilmişdir.
Antik dövr müəlliflərinin qələmə aldıqları traktatlarla və İslam mədəniyyətinin öz sərvətləri ilə yaxından tanış olmaq imkanı əldə etmiş olan ziyalılar özləri də bu mədəniyyət xəzinəsinə əhəmiyyətli töhfələr verirdilər. XI əsrin müqtədir filoloqu Xətib Təbrizinin, görkəmli filosof Əbülhəsən Bəhmənyarın, məşhur astronom Fazil Firaəddin Şirvaninin, orta əsrlər dövrünün böyük memarı Əbubəkr Əcəmi Naxçıvaninin yaratmış olduğu irs bu baxımdan səciyyəvidir.
XII əsrin böyük şairlərindən - poeziyası fəlsəfi fikirlərlə süslənmiş dahi Nizami Gəncəvi və Xəqani Şirvani bütün sənət dünyasından ad-san qazanmışdılar.
XIII əsrdə Məhəmməd Nəsirəddin Tusi şöhrəti dünyaya yayılmış olan Marağa rəsədxanasını yaratmışdır. Elə bir elm sahəsi tapmaq çətindir ki, Nəsirəddin Tusi o sahədə əhəmiyyətli irs qoymasın. Onun öz zəmanəsi qabaqlayan əsərləri latın dilinə tərcümə olunaraq Avropada nəşr edilmişdir. N.Tusinin yaratdığı astronomik və riyazi cədvəllərdən bütün dünyada geniş istifadə olunmuşdur. O, Günəş sistemi planetlərinin orta gündəlik orbitlərini hesablamış və bu hesablamalar XVII əsr hesablamalarından da dəqiq olmuşdur. Bu mövzuda yazdığı "Təhrir əl-Məcəsti" və "Təzkireyi - Nasiriyyə" risalərində o, Ptolomeyin qeosentrik sistemini inkişaf etdirmiş və planetlərin bu sistem daxilində hərəkəti nəzəriyyəsini yaratmışdır. Onun pedaqoji, iqtisadi və fəlsəfi mövzularda da bir sıra əsərləri var.
XIV əsrin əvvəllərində "Dar-Uş-Şəfa" ("Şəfa evi") yaradılmışdı. Bütöv bir elm şəhərciyi olan "Dar-Uş-Şəfa"da təhsil, müalicə və elm müəssisələri o cümlədən rəsədxana fəaliyyət göstərirdir. Buradakı universitet tipli mədrəsəyə təbiyyatşünaslığı, fəlsəfəni, ilahiyyatı, tarixi, təbabəti, astronomiyanı, məntiqi öyrənmək üçün Şərq ölkələrindən hər il 6-7 min müdavim gəlirdi.
Bu dövrdə Seyid Yəhya Bakuvinin (fəlsəfə, tarix, coğrafiya, astronomiya). Əbdürrəşid Bakuvinin (tarix, coğrafiya, astronomiya), Əbdürrəşid Bakuvinin (tarix, coğrafiya), tarixçilərdən Məhəmməd Naxçıvani və İskəndər Münşinin, böyük Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin əsərləri geniş şöhrət qazanmışdı. XVIII əsrin sonu - XIX əsrin əvvəllərində coğrafiyaşünas alim və səyyah Hacı Zeynalabdin Şirvani məşhurlaşdı.
XIX əsrdə Azərbaycanda müasir elmin əsasları formalaşdı. Tarixçi Abbasqulu ağa Bakıxanov, filosof - mütəffəkir Mirzə Fətəli Axundov, darvinist alim Həsən bəy Zərdabi… Bu dövrün görkəmli elm xadimlərinin heç də tam olmayan siyahısı belədir. Mirzə Cəfər Topçubaşov, Mirzə Kazımbəyə, Mirzə Şəfi Vazeh və b. şərqşünaslığın inkişafına əhəmiyyətli töhfələr bəxş etmişlər.
1919-cu ildə yaradılan Bakı Dövlət Universitetinin, sonralar isə digər ali təhsil müəssisələrinin bazasında tədqiqat işləri geniş vüsət aldı. Gələcək elmi-tədqiqat idarələrinin əsasını təşkil edən müxtəlif cəmiyyətlər, özəklər yaradıldı. 1923-cü ildə təsis olunmuş Azərbaycan Tədqiq Tətəbbö Cəmiyyəti onların arasında xüsusi yer tuturdu. Dəfələrlə struktur dəyişikliyinə məruz qalan həmin cəmiyyət əsasında 1935-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı yaradıldı.
Böyük Vətən müharibəsi illəriində Azərbacyan alimləri Yusif Məmmədəliyevin başçılığ ilə döyüşən ordu ordu üçün yeni yanacaq növlərinin, partlayıcı maddələrinyaradılmasına imkan verən bir sıra mühüm kəşflər etdilər.
1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının təsis yığıncağı oldu və tibb sahəsində görkəmli alim kimi tanınan Mirəsədulla Mirqasımov akademiyanın ilk prezidenti seçildi. Həmin vaxtlar respublikada 66 elmi idarə fəaliyyət göstərirdi.
2001-ci ildə ölkə prezidentinin fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına Milli Elmlər Akademiyası statusu verilmişdir. Hazırda Milli Elmlər Akademiyası 5 bölmədən ibarətdir. Fizika - riaziyyat və texniki elmlər bölməsi, Kimya elmləri bölməsi, Yer haqqında elmlər bölməsi, Biologiya elmləri bölməsi, İctimai və humanitar elmlər bölməsi.
Milli Akademiyada 34 edlmi-tədqiqat mərkəzi, o cümlədən 30 institut, habelə 3 reqional elmi mərkəz, 10 konstruktor texnologiya bürosu və 2 təcrübə zavodu fəaliyyət göstərir.
Milli Elmlər Akademiyasında çalışanların sayı 8 000 nəfərə yaxındır. Onların arasında 450 elmlər doktoru və 2000-ə yaxın elmlər namizədi var. Respublikada fundamental araşdırılmalar aparılması, prinsip etibarilə yeni texnika və texnologiyanın yaradılması, yüksəkixtisaslı elmi kadrların hazırlanması işində Milli Elmlər Akademiyası həlledici rol oynayır. Burada mövcüd olduğu bütün dövr ərzində elmin bir sıra mühüm sahələrində dünya əhəmiyyətli nəticələr əldə edilmişidir. Həmin uğurlar bərk cisimlər və yarımkeçiricilər fizikası, riaziyyat və neft -kimya mexanikası, neft emalı, neft və qaz yataqlarının öyrənilməsinin elmi əsasları, yer qabığı quruluşunun kompleks öyrənilməsi, kənd təsərrüfatı bitkilərin və heyvandarlıqda məhsuldarlığın artırılmasının elmi əsaslarının işlənib hazırlanması kimi elm sahəsinə aiddir.
Respublikanın təbii sərvətinin öyrənilməsi və onlardan səmərəli şəkildə istifadə olunması sahəsində mühüm nailiyyətlər qazanılmışdır.
Ölkəmizin qədim tarixi, mədəniyyəti və ədəbiyyatının öyrənilməsi işində böyük uğurlar əldə olunmuşdur.
Akademiya Azərbaycanda fundamental elm mərkəzi əhəmiyyətini qoruyub saxlamaqdadır. Bununla belə ölkədə elmi tədqiqatlar təkcə Akademiyanın institutlarında aparılmır. Ali təhsil müəssisələrinin onlarla laboratoriyası və şöbəsi də elmi fəaliyyət göstərir. İndii ölkənin karbohidrogen ehtiyatlarının kəşfi, hasilatı, emalı və nəqli ilə bağlı tədqiqatlara, bu sahədə layihələşdirməyə böyük tələbat var.
Hazırda Milli Elmlər Akademiyasının ayrı-ayrı müəssisə və institutlarında 130 adda elmi problemin həllinə yönəlmiş 500 elmi araşdırma mövzusu iş aparılır. Həmin tədqiqatlar içərisində respublikanın mənafeyi baxımından böyük əhəmiyyət kəsb edən mövzular başlıca yer tutur.