 |
|
|
TƏHSİL
1 2 3
Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq ölkədə icbari orta təhsil nəzərdə tutulmuşdur. Hər il dövlət büdcəsinin dorddə bir hissəsi təhsil sisteminin ehtiyaclarının ödənilməsinə yönəldilir. Bu sahədə 400 mindən artıq mütəxəssis çalışır. Hal-hazırda Azərbaycanda 1 mln. 690 min şagirdin təhsil aldığı 4561 orta məktəb fəaliyyət göstərir. Xüsusi istedada malik 84 min uşaq 225 ixtisaslaşdırılmış məktəbdə, o cümlədən 7 Gimnaziya və 33 liseydə oxuyur. 1790 müəssisə var ki, onlar məktəbəqədərki tərbiyə problemləri ilə maşğuldur. Onların fəaliyyət dairəsinə 111 min uşaq daxildir. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar çadır düşərgələrində, qaçqınların və məcburi köçkünlərin məskunlaşdığı məntəqələrdə fəaliyyət göstərən məktəblər təhsil sistemində xüsusi yer tutur. 1999-cu ilin siyahıyaalmasının yekunlarına görə yaşı 15-dən çox olan əhalinin hər 1000 nəfərinə ali və tam orta təhsilli 758 adam düşür. Azərbaycanda savadlılıq səviyyəsi 98,8%, o cümlədən kişilər arasında - 99,5%, qadınlar - 98,2% təşkil edir. Ölkədə 30 dövlət ali məktəbi və 16 özəl ali məktəb var. Azərbaycan Respublikasında bakalavrlıq və maqistratura olmaqla, ikipilləli ali məktəb sisteminə keçid bütövlüklə təmin edilmişdir. Hər il Azərbaycanın ali məktəblərinə 20 mindən artıq tələbə qəbul olunur.Xüsusi orta və texniki-peşə təhsilin strukturu təkmilləşdirilməkdə davam edir. Qəbul üçün nəzərdə tutulmuş hər 100 yerə 275 ərizə verilir; tibb, iqtisad, humanitar ixtisaslara müsabiqə isə ənənəvi olaraq yüksəkdir. Ölkənin ali məktəblərində 100 mindən artıq tələbə təhsil alır.
|
|
|
|
|
|
|
|