 |
|
|
Un yeməkləri
Həvəskar qutabı: Xammalların miqdarı ət qutabında olduğu kimidir. Əlavə olaraq qoyun qarnı və bağırsağı - 150q. Emal olunmuş qoyun qarnı və bağırsağını qaynar suda pörtüb soğanla ətçəkən maşından keçirirlər. Qiyməyə lavaşana və nar dənələri əlavə edib xəmir dairələrinin içinə qoyulur və aypara şəklində bükülür. Qutabın hər iki üzü yağda qızardılır. Sumaq ayrıca verilir.
Qabaq qutabı: Qabaq - 250q, nar - 25q, buğda unu - 140q, baş soğan 25q, ərinmiş yağ - 30q, darçın - 0,1q, duz. Qabaq təmizlənir, kub şəklində doğranıb öz buğunda bişirilir. Ona yağda qızardılmış soğan, duz, darçın və nar dənələri qatılıb qarışdırılır. Həmin qiymə xəmir dairələrinin içinə qoyulur və aypara şəklində bükülüb hər iki üzü tavada qızardılır. Süfrəyə verildikdə üsütə yağ tökülür.
Göyərti qutabı: İspanaq - 150q, turşəng - 150q, göy soğan - 50q, keşniş və şüyüd - 15q, buğda unu - 140q, ərinmiş yağ - 20q, kərə yağı - 20q, lavaşana - 10q, yumurta - 1/5 əd., qatıq - 50q, istiot - 0,1q, duz. Göyərti yuyulur, iri doğranır və yağda qızardılmış soğanla öz buğunda pörtülür, duz, istiot və lavaşana vurulub qarışdırılır. Una yumurta, duz qatılıb bərk xəmir yoğrulur. 1-0,5 mm qalınlığında yayılıb dairələr kəsilir. Hazır göyərti qiyməsi xəmir dairələrinin içərisinə qoyulur, aypara şəklində bükülüb hər iki üzü yağsız tavada bişirilir. Süfrəyə verdikdə üzərinə ərinmiş kərə yağı tökülür. Yanına qatıq qoyulur.
Ət qutabı: Qoyun əti - 108q, baş soğan - 20q, lavaşana - 15q və ya nar - 20q, buğda unu - 110q, ərinmiş yağ - 30q, sumaq - 3q, istiot - 0,1q, duz. Duzlu su ilə undan bərk xəmir yoğrulur, 1- 0,5 mm qalınlığında yayılıb kiçik boşqab ölçüsündə dairələr kəsilir. Ətlə soğandan hazırlanmış qiyməyə nar, lavaşana qatılıb xəmir dairələrinin içinə qoyulur və aypara şəklində bükülür. Qutab yağ içində qızardılır. Süfrəyə verdikdə üstüna sumaq səpilir.
Qoyun ətindən təbəqəli pirojki: Qoyun əti - 580q, un - 500q, ərinmiş yağ - 15q, kərə yağı - 110q, maya - 15q, yumurta - 1əd., baş soğan - 120q, istiot, duz. Qoyun ətinin yumşaq hissəsindən qiymə hazırlanıb yağda qızardılır. Qiyməyə yağda qızardılmış soğan, istiot və duz vurulur.Undan mayalı xəmir yoğrulur. Kərə yağının 2/3 hissəsi ilə xəmir təbəqələnir. Təbəqələnmiş xəmir 5mm qalınlığında və 7x7 sm ölçüdə kvadratlara doğranır. Kəsilmiş xəmirin içərisinə qiymə qoyulur, iki əks ucu birləşdirilib üçbucaq formaya salınır. Pirojkilər yağlanmış listlərə yığılıb xəmirin gəlməsi üçün 2 saat istirahətə qoyulur. Pirojkilərin üstunə yumurta sürtülür, qəzdırıcı şkafda 2400 S tempraturda 7-8 dəqiqə müddətində bişirilir.
Gürzə: Qoyun əti - 217q, baş soğan - 30q, un - 80q, ərinmiş yağ - 25qr, qatıq - 50q, sarımsaq - 2q, darçın - 0,1q, istiot - 0,1q, duz. Ətlə soğandan hazırlanmış qiyməyə istiot duz vurulub qızardılır. Undan bərk xəmir yoğrulub 1mm qalınlığında yayılır və bundan diametri 5sm ölçüdə dairələr kəsilir. Xəmir dairələrinin ortasına qiymə qoyulub tikiş yuxarı və bir ucu açıq qalmaq şərtilə bükülür. Hazırlanmış gürzə suda bişirilir, aşsüzəndən süzülür və süfrəyə verildikdə üstünə darçın səpilir yanına sarımsaqlı qatıq qoyulur.
Naxçıvansayağı gürzə: Xammalların miqdarı və hazırlanması qaydası adi gürzədə olduğu kimidir. Ət qiyməsi xəmirin içinə çiy halda qoyulur.
Quymaq: Buğda unu - 40q, ərinmiş yağ - 20q, şəkər - 10q, darçın - 0,2q, duz. Un yağda açıq qəhvəyi rəng alınca qovrulur. Sonra tavada arasıkəsilmədən qarışdırılmaqla qaynar su əlavə edilir, səthinə yağ çıxınca zəif od üzərində bişirilir. Tavanın dibində qazmaq əmələ gəlir. Quymaq süfrəyə boşqabda verilir, üstüunə qazmaq qoyulur, şəkər və darçın səpilib yağ tökülür. Ev şarəitində qumağa müxtəlif ədviyyə qarışığı qatılır.
Firni: Düyü - 40q, süd - 200q, şəkər tozu - 10q, kərə yağı - 10q, darçın - 0,2q, duz. Düyü 2-3 saat suda isladılır. Sonra Sudan çıxarılığ qurudulur, həvəngdəstədə döyülür. Qaynayan südə qarışdıra-qarışdıra düyü unu əlavə edilir, şəkər və duz qatılıb bişirilir. Süfrəyə verdikdə üstünə yağ tökülüb şəbəkə şəklində darçın səpilir.
Xəşil: Buğda unu - 100q, ərinmiş yağ - 25q, doşab 40q, duz. Hər paya 150 qram su götürülür, duz qatılır və qaynadıqdan sonra tədricən içinə ələnmiş un vuruluğ qarışdırılır. Qazanın qapağını örtüb 15-20 dəqiqə bişirirlər. Süfrəyə verilən zaman xəşil boşqaba çəkilir, ortasına doşab və qaynadılmış yağ qarışığı tökülür.
Süzmə xingal: Qoyun əti - 165q, buqda unu - 100q, yumurta 1/5 əd., baş soğan - 30q, ərinmiş yağ - 20q, pendir - 15q, qatıq - 50q, sarımsaq - 3q, zəfəran - 0,1q, istiot - 0,1 q, duz. Qoyun əti 10-15 qramlıq tikələrə doğranır, istiot, duz vurulub soğanla birlikdə qızardılır. Zəfəran şirəsi vurulur və hazır vəziyyətə gətirilir. Xəmiraşı xörəyində olduğu kimi hazırlanmış lavaş 5x5 sm ölçüdə paxlava şəklində doğranır, suda bişirilir, aşsüzəndən süzülür. Süfrəyə verilən zaman süzmə xigalın üstünə yağ tökülür, qoyun ətindən hazırlanmış qiymə qoyulur, yanında sarımsaqlı qatıq və ovulmuş pendir verilir.
Sucuq: Ev şəraitində hazırlanan buğda nişastası və ya qarğıdalı unu - 50q, su - 110q, ərinmiş yağ - 20q, şəkər - 40q, qoz ləpəsi - 40q, zəfəran - 0,1q, duz. Soyuq suda açılmış bağda nişastası və ya qarğıdalı unu qaynayan suya tökülərək arasıkəsilmədən qarışdırılır, şəkər, yağ və zəfəran şirəsi əlavə edilib hazır vəziyyətə gətirilir. Qoz ləpəsi xırda üyüdülür, yarısı sücüğa qatılır, qalan hissisi isə xörək süfrəyə verilində onun üstünə səplir.
Göyərti ilə kəsmik qutabı: Göyərti 200q, ispanaq - 75q, turşəng - 76q, göy soğan - 25q, keşniş və şüyüd - 25q, kəsmik - 100q, buğda unu - 140q, ərinmiş yağ - 20q, kərə yağı - 20q, yumurta - 1/5 əd., istiot, duz. Göyərti təmizlənir, yuyulur və yağda qızardılmış soğanla pörtlədilir. Soyuduqdan sonra göyərtiyə kəsmik, istiot və duz qatılıb yaxşıca qarışdırılır. Una duz, yumurta və su qatılıb xəmir yoğrulur, kündələnir, 1mm qalınlığında kiçik dairələrə yayılır. Yayılmış xəmirin arasına göyərti ilə kəsmik qiyməsi qoyulur, ayparaşəklində bükülür və qızğın tavada hər iki üzü bişirilir. Süfrəyə verdikdə qutabın üstünə əridilmiş kərə yağı tökülür.
Yabanı göyərtidən qutab: Yabanı göyərti (balva, quşəppəyi, quzuqulağı, gicitikən, cincilim və s.) - 400q, buğda unu - 150q, ərinmiş yağ - 20q, lavaşana - 10q, yumurta - 1/2 əd., maya - 10q, qatıq - 50q, kərə yağı - 20q, istiot, duz. Göyərti təmizlənir, yuyulur və yağda pörtlədildir. Göyərtiyə duz, istiot və lavaşana qatılıb yaxşıca qarışdırılır. Una yumurta, su, duz və maya qatılıb xəmir yoğrulur. Xəmir gəldikdən sonra kündələnir 2mm qalınlığında kiçik dairələrə yayılır. Arasına göyərti qiyməsi qoyulub aypara şəklində bükülür və qızğın hər iki üzü bişirilir. Süfrəyə verdikdə qutabın üstünə ərinmiş kərə yağı tökülür, yanına isə qatıq qoyulur.
|
|
|
|
|
|
|
|