azmaison.fr
 
 


AZƏRBAYCAN DÖVLƏTİ
İQTİSSADİYYAT
TARİX
MƏDƏNNİYYƏT
SOSİAL SAHƏ
MASS-MEDİA
DİASPORA
TURİZM
İDMAN
TƏBİƏT VƏ EKOLOGİYA
MƏTBƏX
LİNKLƏR




Milli parklar, qoruq və yasaqlıqlar.

        1        2

Azərbaycanda mühafizə olunan ərazilərin yaranma tarixi uzaq keçmişlərdən başlayır. Hələ orta əsrlərdə Azərbaycanın ayrı-ayrı hökmdarları bu və ya digər heyvanların qorunması və artırılması məqsədilə xüsusi ərazilərin yaradılması barədə xüsusi fərmanlar verirdilər.
Müasir anlayışlı qoruq ərazisi Qafqazda ilk dəfə 1910-cu ildə təşkil olunmuşdur. Bu zaman qrafinya Uvarla Nadir Eldar şamının qorunması məqsədi ilə yasaqlıq yaratmaq təşəbbüsünü irəli sürmüşdür. Hal-hazırda bu ərazi Göy-göl qoruğunun tərkib hissəsidir. Yasaqlıqlara gəldikdə isə onlardan ən erkəni 1923-cü ildə təşkil edilən Qara Yazı-Ağstafa olmuşdur. Ümumi ərazisi 17,9 min hektar olan bu yasaqlıq Qafqaz qızıl maralı, turac və digər heyvan və quşlarının mühafizəsi və sayının artırılması məqsədilə yaradılmışdır. Qara Yazı-Ağstafa yasaqlığı Gürcüstanla həmsərhəd torpaqlarda olub Kür çayının orta hissələrində tuqay meşələri ilə zəngin bir əraziləri əhatə edir.
Bərdə yasaqlığı.
Bərdə yasaqlığı 1960-cı ildə Bərdə və Ağdam rayonları ərazisində yerləşir. Sahəsi 7,6 min hektardır. Bu yasaqlıq 1930-cu ildə yaradılmış Ayrıcan yasaqlığı əsasında təşkil edilmişdir. Bərdə yasaqlığının yaradılmasında başlıca məqsəd ərazidə məskən salmış qırqovul, kəklik və dovşanların mühafizəsi və saylarının artırılmasıdır.
Şəki yasaqlığı.
Bu yasaqlıq respublikanın Şəki rayonu ərazisində 1954-cü ildə yaradılmışdır. Ərazisi 1 min hektardır. Bu yasaqlıq əsasən ərazidə yaşayan nadir heyvan və quşların (turacların) mühafizəsi məqsədilə təşkil edilmişdir.
Gil adası yasaqlığı.
Xəzər dənizində Abşeron yaxınlığındakı adaların birində yaradılıb. Ümumi ərazisi 2000 ha-dır. Bu yerli faunanın mühafizəsi məqsədilə yaradılmış yasaqlıqdır. İsti ölkələrə miqrasiya edən quşları, su quşlarını, dəniz qağayılarını və suitilərinin qorunması yasaqlığın əsas vəzifəsidir.
Bəndovan yasaqlığı.
1961-ci ildə Xəzər dənizi sahilində Respublikanın Səlyan və qismən Qaradağ rayonları ərazisində yerləşir. Ümumi ərazisi 30 min hektardır. Yasaqlıq Şirvan milli parkı ilə həmsərhəd olduğundan onların təbiəti və heyvanat aləmi çox oxşardır. Yasaqlıq ilk növbədə ceyran, su quşlarının mühafizəsi məqsədilə təşkil olunmuşdur.
Korçay yasaqlığı.
1961-ci ildə Xanlar və Goranboy rayonları ərazisində təşkil edilmişdir. Ərazisi 15 min hektardır. Yasaqlığın təşkil edilməsində əsas məqsəd buradakı ceyran sürülərinin mühafizəsi və artırılması olmuşdur.
Laçın yasaqlığı.
Ermənistan tərəfindən zəbt olunmuş ərazidə yerləşir. Laçın rayonunun Ermənistanla sərhəd olan ərazilərində 1961-ci ildə təşkil olunmuşdur. Ərazisi 20000 hektardır. Yasaqlığın yaradılmasının əsas məqsədi ərazidə yaşayan bezoar keçilərin, qafqaz boz ayısının, vəhşi çöl donuzunun və dovşanlarının artırılması olmuşdur.
Qusar yasaqlığı.
1964-cü ildə təşkil olunmuşdur. Ərazisi 15 min hektardır. Azərbaycan Respublikasının Qusar rayonu ərazisində yerləşir. Yasaqlıq ərazidə məskunlaşan boz kəkliklərin, qırqovulların, cüyür , qaban və dovşanların sayının artırılması məqsədilə yaradılmışdır.
Şəmkir yasaqlığı.
1964-cü ildə Şəmkir rayonunun Kiçik Qafqaz dağlarının ətəklərində təşkil olunmuşdur. Ərazisi 10 min hektardır. Yaradılmasında əsas məqsəd buralarda məskunlaşmış qırqovul, kəklik və su quşlarının mühafizəsidir.
Ağ göl yasaqlığı.
1964-cü ildə təşkil olunub. Ərazisi 7,5 min hektardır. Ağcabədi və Beyləqan rayonları ərazisində yerləşir. Təbiət və heyvanat aləmi həmsərhəd Ağ göl milli parkı ilə eynilik təşkil edir.
Burada əsasən köçəri, su quşları mühafizə olunur.
Abşeron yasaqlığı.
1969-cu ildə yaradılıb. Ərazisi 0,8 min hektardır. Bakının Əzizbəyov rayonunda yerləşir. Xəzər suitisinin və köçəri quşların mühafizəsi məqsədilə yaradılıb.
Zuvand yasaqlığı.
1969-cu ildə Lerik və Yardımlı rayonları ərazisində təşkil olunub. Ərazisi 15 min hektardır. Burada yaşayan qırqovul, kəklik, cüyür, qaban, Zaqafqaziya qonur ayısı, bəbir və bir sıra nadir növlü sürünənlərin mühafizə məqsədilə yaradılmışdır.
İsmayıllı yasaqlığı.
1969-cu ildə İsmayıllı və Qəbələ rayonları ərazisində təşkil olunmuşdur. Ümumi ərazisi 40 min hektardır. Flora və faunası həmsərhəd İsmayıllı qoruğu ilə eynilik təşkil edir. Yasaqlıq ərazisində Qafqaz qızıl maralı, keçi, cüyür, Zaqafqaziya qonur ayısı, Qafqaz qara xoruzu, porsuq mühafizə olunurlar.
Qubadlı yasaqlığı.
(Hal-hazırda Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yerləşir.) 1969-cu ildə təşkil olunub. Əsas məqsədi Qafqaz qonur ayısının, çöl donuzunun, bezoar keçisinin və digər heyvanların mühafizəsidir.
Ordubad yasaqlığı.
1969-cu ildə təşkil edilib Naxçıvan Muxtar Respublikası ərazisində yerləşir. Ərazisi 40 min hektardır. Yasaqlıq Zaqafqaziya muflonu, bezoar keçisi, bəbir, qonur ayı, çaqqal və digər heyvanların mühafizəsi məqsədilə yaradılmışdır. Adı çəkilən heyvanların böyük hissəsi Respublikanın Qırmızı kitabına daxil edilmişdir.
Kiçik Qızıl Ağac yasaqlığı.
1978-ci ildə təşkil olunub. Qızıl Ağac dövlət qoruğu ilə həmsərhəd olduğundan oxşar flora və faunaya malikdir. Ümumi ərazisi 10,7 min hektardır. Yasaqlıq Lənkəran rayonunun Qızıl Ağac körfəzi ətrafında yerləşir. Yasaqlıq qış aylarında isti yerlərə miqrasiya edən quşların mühafizəsi məqsədilə yaradılmışdır. Yasaqlıqda bir çox nadir quş növlərinə rast gəlinir.
Qızılca yasaqlığı.
1964-cü ildə təşkil olunub. Ərazisi 5,1 min hektardır. Azərbaycanın Gədəbəy rayonunda yerləşir. Yaradılmasının əsas məqsədi nadir və endemik bitki və heyvan növlərinin mühafizəsi və artırılmasıdır.
Daşaltı yasaqlığı.
(Hal-hazırda Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yerləşir.) 1988-ci ildə təşkil olunub. Azərbaycanın Şuşa və Əsgəran rayonları ərazisindədir. Ümumi sahəsi 0,45 min hektardır. Yaradılmaqda əsas məqsəd Kiçik Qafqazın təbiətini və landşaftını qorumaq idi.
Arazboyu yasaqlığı.
(Hal-hazırda Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yerləşir.) 1993-cü ildə təşkil olunub. Ümumi sahəsi 2,2 min hektardır. Zəngilan rayonu ərazisində yerləşir. Araz çayı boyu yerləşən tuqay meşələrinin mühafizəsi məqsədilə yaradılmışdır.
Qəbələ yasaqlığı.
1993-cü ildə təşkil edilib. Azərbaycanın Qəbələ rayonu ərazisində yerləşir. Ümumi sahəsi 39,7 min hektardır. Yaradılmasının əsas məqsədi Böyük Qafqazın nadir flora və fauna nümunələrinin mühafizəsidir.

1978-ci