azmaison.fr
 
 


AZƏRBAYCAN DÖVLƏTİ
İQTİSSADİYYAT
TARİX
MƏDƏNNİYYƏT
SOSİAL SAHƏ
MASS-MEDİA
DİASPORA
TURİZM
İDMAN
TƏBİƏT VƏ EKOLOGİYA
MƏTBƏX
LİNKLƏR




TURİZM MARŞRUTLARI

        1        2        3        4        5        6

Bakı və onun ətrafı. Bakı şəhərinin paytaxt statusu onun bir çox muzey, teatr, konsert salonu, mehmanxana, idman mərkəzləri, beynəlxalq sərgi, biznes toplantılarının əylənjə yerlərinin və d. səjiyyəli tədbirlərin mərkəzinə çevrilməsinə səbəb olmuşdur. Şəhərdə kifayət qədər yerli, Avropa, çin, tailand və digər mətbəxlərdə ixtisaslaşan müasir dizaynlı kafe və restoranlar fəaliyyət göstərirlər. Bakının tarixi hissəsi hesab olunan İçəri şəhərdə yerləşən Qız qalası, Şirvanşahlar sarayı kompleksi və qala divarları YUNESKO-nun Dunya İrsi Siyahısına daxil edilmişdilər. Şəhərin 20-ji yüzilliyin əvvələrində ujaldılmış memarlığı öz bədii üslub xüsusiyyətləri ilə turistlərin marağını özünə jəlb edir. Neft sənayesinin yüksəlişi və milli burcuazianın yarandığı dövrə təsadüf edən bu memarlıq Şərqlə Qərbin bədii ənənələrini birləşdirərək özünəməxsus bir üslubda tikilən bir sıra binalarla səjiyyələnir.
Bakının ətrafında da turistlər üçün bir sıra jazibədar obyektlər mövjuddur. Burada böyük miqdarda gözəl narın quma malik müasir çiməkliklər, qədim tarix və mədəniyyət obyektləri, təbiət abidələri sayılan palçıq vulkanları, yanar dağ və s. Vardır.