 |
|
|
Neft - Azərbaycanın qara qızılı
1 2 3 4
Azərbaycanda zənğin neft yataqlarının mövcud olması hələ qədim zamanlardan yerli sakinlərə bəlli olmuş və onlar təbiətin bu nemətindən müxtəlif məqsədlər üçün ulu keçmişdən istifadə etmişdirlər. Hələ qədim dövrlərdən yerli əhali neftdən yanacaq, hərb materialı və diğər məqsədlər üçün istifadə edib, onu Azərbaycanın nefti və onun istifadə üsulları haqqında zənğin məlumat orta əsr mənbələrində verilir. Belə ki 10 yüzillikdə yaşamış ərəb səyyahı və tarixçisi İstəhri yazır ki, "qədim zamanlardan Bakı sakinləri agac və kömür əvəzinə neftdən isilik materialı kimi, ag neftdən isə müalicəvi məqsədlər üçün isifadə etmişdilər". Qədim zamanlardan Bakı və onun kəndlərindən neft və neft məhsulları dəridən tikilmiş tuluglarda xarici ölkələrə aparılır və məşhur İpək Yolu vasitəsilə dünyanın bir çox məmləkət və dövlətlərində satılırdı. Xam neft ticarətinin həcm və kəmiyyətini aydınlaşdırmaq üçün 10 əsr ərəb alimi Əbu Dülafın yazılarına müraciyət etmək gərəkdir. O yazırdı ki "Abşeronun cəmi iki neft quyusundan alınan məhsul 720 min qızıl dirhəmə bərabərdir". O dövrlərdə Abşeronda neft haşilatı əl üsulu ilə aparırdı. İlk öncə quyu qazılırdı, o təbii yolla neftlə dolduqdan sonra onu dəridən hazırlanmış vedrə və qablar vasitəsilə çıxardıb tuluglara doldururdular. Bu üsülla neft haşlatı ilk növbədə Bakının Balaxanı və Suraxanı kəndlərində yayılmışdır. Şimalı Azərbaycanın Rus imperiyasının tərkibinə daxil olduqdan sonra neftin hasilatı sahəsində əsaslı dönüş baş verir. 1848 ildə Bakı yaxınlıgında Bibi-Heybət adlanan ərazidə dünyada ilk dəfə olaraq buruq üsulu ilə quyu qazılmış və neft fontanı alınmışdır. 19 yüzilliyni 60-cı illərinin ortalarında Azərbaycanın neft təsərrüfatında əsaslı dönüş baş verir. Belə ki 1864 ildə Balaxanı kəndlilərinin neft mədənlərindəki məcburi əməyi muzdlu fəhlə qüvvəsi ilə əvəz olunur. Bu da öz növbəsində neft hasilatının artımına təkan verdi. Əğər 1862 ildə Bakıda 34, 926 pud neft alınırdısa, artıq 1870 ildə burada 1 482 100 pud neft hasil olunurdu. Belə artımın başlıca səbəbi Rusiyada ag neftə olan tələbatın ğenişlənməsi olmuşdur. Artıq o zaman ağ neftdən təkcə çıraq yanacagı kimi deyil, eyni zamanda Rusiyanın inkişaf etməkdə olan sənayəsi üçün zəruri olan yanacaq şəklində istifadə olunması da başlanmışdır. 1870 ildə Balaxanıda yeni buruq qazıldı və o, 20 sajen dərinlikdın ğündə 700 pud neft verməyə başladı. Elə məhz bu uğurdan sonra qazma üsulu ilə neft hasilatınn sürətli inkişafı baş verir. Neft haşlatının artımı neft ayırma sənayesinin meydana çıxmasını şərtləndirirdi. 1859 ildə Suraxanıda rus sənayeçiləri Kokarev və Qubaninin "Zakaspi Ticarıt Cəmiyyəti" neftayırma zavodunu inşa etdirdilər. Maraqlıdır ki, zavodun məhsuldar işini təmin etmək üçün istifadə olunan yanacaq bu ərazidə mövcud olan təbii qaz idi. Məhz həmin zavodun fəaliyyitinin daha da səmərəli etmək məqsədi ilə 1863 ildə Bakıya ğörkəmli rus alimi D.İ.Mendeleyev dəvət olunmuşdur. Artıq 1867 ildə 15 neftayırma zavodu fəalliyət ğöstərirdi. 1873 il üçün onların sayı 62-yə çatmışdır. 1872 ilin fevralında rus çarının təsdiqlədiyi qanunlar əsasənda neft hasilatında icarə tətbiq edilməyə başlandı. Köhnə məcburi (iltizam) iş sisteminin ləğvi bütün neft istehsalında qəti dönüş yaratdı. Neft sənayesi kaptalist istehsalı sisteminə qədəm qoydu. Neftçıxarmanın artımı xüsusilə qazma prosesində yeni texnikanın tətbiqi ilə əlaqəli olmuşdur. Quyu özüllərinin zərbəştanq üsulu ilə qoyulması metodunun tətbiqi neticəsində ilk dəfə olaraq neftlə zəngin olan torpaq qatlarına çatmaq mümkün oldu. Bu cür üsulla 1873 ildə qazılmış "Xələfi" quyusu özünün o vaxta qədər ğörünməmiş məhsuldalrıqı ilə səciyyələnirdi. Quyudan fontan vurdugu zaman o hər gün 100 min pudacan neft verirdi. 19 yuzilliyin iknci yarısından neft sənayesində texniki çevriliş və istehsal prinsiplərinin yeniləşdirilməsi sürətlə inkişaf etməyə başlayır. Əvvəllər neft əllə qazılmış quyulardan tuluq və vedrələrlə daha sonra isə jelonka vasiəsilə çıxarılırdır. 1873 illəri etibarən neft çıxarmada buxar mühərrikləri tətbiq edilməyə başlayır. Bu hadisə neft sənayesinin gələcək inkişafında mühüm rol oynamışdır. Neft sənayesindəki texniki təkmilləşdirmə neft daşıma və neft emalı kimi mühüm sahələrdən yan keçmədi. 1878 ildə neft mədənlərini neft emalı zavodu ilə birləşdirən ilk buxar nasoslu neft kəməri işə salındı. Bundan öncə xam neft zavodlara arabalarda daşınırdı. Bu illərdə neftin saxlanılması işi də təkmilləşdirilirdi. Primitiv çalalar əvəzinə sementli daş və kərpic döşənmiş, ağac örtüklü daha səmərəli anbarlar tikilməyə başlanır. Daha sonra isə metal rezervuarlar meydana gəlir. Neft daşınma sahəsində də mühüm proseslər baş verməkdə idi. Bakı nefti başlıca olaraq Rusiya quberniyalarının yanacaga olan tələbatını ödəmək məqsədilə istifadə olunurdu. Cənubi Qafqaz dəmiryolunun tikilməsinə qədər neft dəniz vasitəsilə Bakıdan Həştərxana aparılır, oradan isə Volqa ilə Rusiyanın digər əyalətlərinə nəql edilirdi. İlk öncə neft yelkənli gəmilərə yuklənmiş çəlləklərlə daşınırdı. Sonradan neft məhsullarına olan tələbat artdıqca neftdaşıyan ğəmilər meydana gəlməyə başlayır. 19 yüzilliyin 70_ci illərində neft məhsullarının daşınması sahəsində ixtisaslaşan xüsusi cəmiyyətlər yaranır. Bu cəmiyytlər arasında "Qafqaz və Merkuri" şirkəti xüsusi yer tuturdu. Təxminən bu illərdə yerli neft sənayesində xarici kapitalın axını başlayır. İlk növbədə bu Peterburq metal zavodçuları L.E. Nobel və P.A.Bilderlinq və həmçinin Rotşildlərin Paris bankir evi idi. 19 yüzilliyin 90-cı iilərindən isə Bakının neft sənayesinə və onunla əlaqəli olan sahələrə inğilis kapitalının axını başlayır. Nəhənq maliyyə imkanlarına malik olan bu şirkətlər Azərbaycan neft sənayesinin və onunla əlaqəli olan sənaye sahələrinin və infrastrukturunun təkmilləşdirilməsi və tərəqqisində mühüm rol oynayırdılar. Təkcə onu qeyd etmək kifayətdir ki, "Nobel qardaşları" şirkəti xəzər dənizində tanker donanmasının yaradıcısı olmuşdur. "Zoroastr" neft tankeri dünyada ilk belə tipli gəmi olaraq bəşər tarixində yanacaq daşımada yeni səhifənin açılmasına səbəb oldu. Beləliklə 19 yüzilliyin sonunda Şımalı Azərbaycanda neft sənayesi öz inkişafınnın ən yüksək pilləsinə qalxaraq, neft istehsalı üzrə dünyada birinci yerə çıxdı. Belə ki, 1901 ildə dünyada istehsal olunan neftin yarısından çoxu və Rusiya neftinin 95% Bakı neftinin payına düşürdü. 20 yüzilliyin əvvələrində dünyada baş vermiş iqtisadi böhran və ondan bir qədər sonra başlamış 1 Dünya savaşı sözsüz ki, iqtisadiyyatın bütün sahələrinə, o cümlədən də, Azərbaycanın neft sənayesinə mənfi təsir ğöstərmişdir. Bununla belə həmin illərdə də Azərbaycan neft sənayesi ölkə iqtisadiyyatında aparıcı rol oynamış, dünyada ən mühüm sənaye sahəsi olaraq qalmış və inkişaf etmişdi. mühüm ğəlir ğətirə biləcək ixrac məhsulu kimi bir çox ölkələrə satırdılar.
|
|
|
|
|
|
|
|