azmaison.fr
 
 


AZƏRBAYCAN EVİ
AZƏRBAYCAN DÖVLƏTİ
İQTİSSADİYYAT
TARİX
MƏDƏNNİYYƏT
SOSİAL SAHƏ
MASS-MEDİA
DİASPORA
TURİZM
İDMAN
TƏBİƏT VƏ EKOLOGİYA
MƏTBƏX
LİNKLƏR




Şərbətlər və içkilər

Südlü şərbət: Şəkər - 30q, su - 70q, süd - 100q.

Su qaynadılır və şəkər həll edilib soyudulur. Süd ayrıca qaynadılır və soyuduqdan sonra şərbətə qatılır.





Ovşala: Şəkər - 30q, qızılgül ləçəkləri - 20q, lumu turşusu - 0,1q, su 150q, buz - 20q.

Qızılgül ləçəklərinə qaynayan su tökülür, lumu turşusu əlavə edilir və 8 -10 saat saxlanılır. Bundan sonra süzülür, şəkər əlavə edilir və soyudulur. Bəzən üzərinə gülab tökülür.


Lumu şərbəti: Lumu - 1/4 əd., şəkər - 50q, zəfəran - 0,1q, su 100q, reyhan və ya keşniş toxumu - 0,1q, buz - 50q.

Lumu qabığı xırda doğranır, üzərinə qaynar su, reyhan və ya nanə toxumu əlavə edilir. 3-4 saat saxlanılır, süzülür, şəkər v lumu şirəsi qatılıb soyudulur. Süfrəyə verdikdə zəfəran və buz əlavə olunur.

Şəkər şərbəti: Şəkər - 50q, zəfəran - 0,1q, keşniş toxumu - 0,1q, hil - 0,1q, su - 120q, buz - 50q.

Zəfəran xırdalanmış keşniş toxumu və hil 3-4 saat qaynadılmış suda saxlanılır və şəkər əlavə edilir. Süzülür və soyudulur.



Nanəli şərbət: Şəkər - 30q, nanə toxumu - 0,4q və ya təzə nanə - 15q, su 150q, buz - 50q.

Zirə şərbəti kimi hazırlanır. Təzə nanə dəmi almaq üçün onu xırdalayıb üzərinə qaynadılmış su tökürlər.




Sumaq şərbəti: Şəkər - 50q, sumaq 20q, su - 150q, buz - 50q.

Sumaq qaynar suda 3-4 saat saxlanılır, süzülür, şəkər əlavə edilib soyudulur. Süfrəyə verildikdə içərisinə buz salınır.



Zirə şərbəti: Şəkər - 50q, zirə - 0,12q, hil - 0,1q, su - 120q, buz - 50q.

Xırdalanmış zirə və hil toxumu 3-4 saat qaynadılmış suda saxlanılır və şəkər əlavə edilir. Süzülür və soyudulur.



Nar şərbəti: Şəkər - 30q, nar şirəsi - 40q, su 120q, buz - 20q.

Şəkər qaynadılmış suda əridilir. Nar ayrıca qaba sıxılır, alınmış şirə şərbətə qatılır və soyudulur.




Zəfəran şərbəti: Şəkər - 30q, su - 150q, zəfəran - 0,15q, reyhan və ya nanə toxumu - 0,1q, buz - 20q.

Zəfəran, reyhan və nanə toxumu qaynadılmış suda 3-4 saat saxlanılır və şəkər əlavə edilir. Şərbət süzülür və soyudulur. Süfrəyə verildikdə içərisinə buz tikələri salınır.


Meyvə şərbəti: Lumu şirəsi - 20q, portağal şirəsi - 40q, su 80q, çay dəmi -200:1q) - 5q, lumu - 5q, portağal dilimi - 10q, çiyələk və ya albalı, zoğal - 10q, nanə yarpağı - 10q, buz 0 20q.


 
Created by Azerin LLC 2004 - 2011 © Maison d'Azerbaidjan